Menu

Trampa qarşı üçüncü sui-qəsd cəhdi... – Bu dəfə də qarşısı alınıb

14.10.2024, 10:56
Trampa qarşı üçüncü sui-qəsd cəhdi... – Bu dəfə də qarşısı alınıb

ABŞ-də noyabrın 5-də keçiriləcək seçkilər öncəsi Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp üzləşdiyi sui-qəsd təhdidləri ilə gündəmə gəlməkdə davam edir.

“AzPolitika” xəbər verir ki, ötən aylarda qulağından güllə yarası alaraq ölümdən son anda xilas olan, keçən ay isə tez-tez qolf oynamağa getdiyi “Milli Qolf Klubu”nda Rayan Uesli Raut adlı şəxs tərəfindən ikinci dəfə hücuma məruz qalan Tramp, Cənubi Kaliforniyadakı mitinq zamanı üçüncü silahlı hücum cəhdi ilə üzləşib.

Məlumata görə, saxta jurnalist vəsiqəsi ilə mitinq sahəsinə daxil olmağa cəhd edən və yanında çoxlu silah-sursat olan şəxs saxlanılıb. Polisin məlumatına görə, şübhəli mitinq zonasına yaxın bir məsafədə yerləşən keçiddə yaxalanıb.

Vem Miller adlı şəxsin üzərində mərmiləri olan ov tüfəngi, tapança və yüksək maqazinlər aşkar olunub.

Verilən məlumatda Trampa qarşı hazırlanan üçüncü sui-qəsd cəhdinin qarşısının alındığı vurğulanıb.

“AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol