Menu

Şimali Koreya ordusu Cənubi Koreyaya gedən yolları partladıb

15.10.2024, 08:53
Şimali Koreya ordusu Cənubi Koreyaya gedən yolları partladıb

Koreya Xalq Demokratik Respublikası ölkəni Cənubi Koreya ilə birləşdirən yol infrastrukturunu partladıb.

APA xəbər verir ki, bu barədə “Yonhap” agentliyi Koreya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah Rəisləri Komitəsinə istinadən məlumat yayıb.

Hesabatda qeyd edilir ki, tədbirlər yarımadanın qərb və şərqindəki nəqliyyat xətlərinə təsir edib.

"Şimali Koreya günorta saatlarında hərbi demarkasiya xəttinin şimalındakı yolların hissələrini partladıb. Ordumuz hazırlığı və nəzarəti artırır", - məlumatda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol