Menu

Rus ordusu Nikolayev şəhərinə “S-300” raketləri atıb

15.10.2024, 12:02
Rus ordusu Nikolayev şəhərinə “S-300” raketləri atıb

Oktyabrın 15-nə keçən gecə Rusiya hərbçiləri Ukraynanın Nikolayev şəhərinə “S-300” raketləri ilə hücum edib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, bir nəfər ölüb, 16 nəfər yaralanıb.

Nikolayev vilayət hərbi administrasiyasının rəhbəri Vitali Kimin “teleqram” kanalında aydınlıq gətirdiyi kimi, yaralılar arasında vəziyyəti ağır olanlar da var. Zərərçəkmişlərdən 3-ü ambulator müalicə alıb.

İnfrastruktur obyektlərinə, restoran kompleksinə, ticarət pavilyonlarına, yaşayış binalarına və avtomobillərə ziyan dəyib. Kim yazıb ki, hadisə yerlərində yanğınlar başlayıb və onların söndürülməsi üçün tədbirlər görülür.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol