Menu

Mobil operatorlar 1 mlrd. manata yaxın gəlir əldə ediblər

15.10.2024, 13:09
Mobil operatorlar 1 mlrd. manata yaxın gəlir əldə ediblər

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən 2024- cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 12,3 faiz artaraq 2 milyard 555,2 milyon manat təşkil edib.

“APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu xidmətlərin 73,4 faizi əhali tərəfindən istehlak olunub.

Qeyd edək ki, xidmətlərdən əldə edilən gəlirin 35,6 faizi və ya 908,9 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.

Şərhlər

ƏNHU 2024-10-16 00:05:25

Bu hiyləgərlər milləti sığallaya-sığallaya, üzünə gülə-gülə soyurlar. Bunlar elə işə başlayan gündən çırpışdırmağın çəmini tapdılar və o gündən bu günə kimi başlarını aşağı salıb həmin yolla da gedirlər. Guya bunların heç nədən xəbərləri yoxdur.

Vətəndaş 2024-10-15 15:03:59

Bəs nə qədər büdcəyə vergi ödəyiblər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol