Menu

“Gürcüstanda mənzərə Moldova ilə müqayisədə daha qaranlıqdır” – “Aİ-yə üzvlük prosesi faktiki olaraq dayandırılıb”

15.10.2024, 13:21
“Gürcüstanda mənzərə Moldova ilə müqayisədə daha qaranlıqdır” – “Aİ-yə üzvlük prosesi faktiki olaraq dayandırılıb”

“Gürcüstanda hakim partiyanın hərəkətləri, bəyanatları və seçkiqabağı vədləri ölkəni Avropa İttifaqına (Aİ) üzvlük yolundan uzaqlaşdırır”.

“AzPolitika” xəbər verir ki, bunu Aİ-nin xarici siyasət rəsmisi Josep Borrell Aİ-yə üzv ölkələrin xarici işlər nazirlərinin toplantısından sonra Gürcüstan və Moldovada seçkiqabağı vəziyyətlə bağlı sualı cavablandırarkən deyib.

“Biz Moldova və Gürcüstandakı vəziyyəti müzakirə etdik. Qarşıdakı həftələrdə hər iki ölkəni həlledici seçkilər gözləyir. Rusiyanın artan təzyiqlərinə baxmayaraq, Moldova Avropa İttifaqına daxil olmaq yolunda əhəmiyyətli irəliləyişlər əldə edir”, - deyə Borrel əlavə edib.

O, vurğulayıb ki, Gürcüstanda mənzərə Moldova ilə müqayisədə daha qaranlıqdır. “Hakim partiyanın hərəkətləri, bəyanatları və seçkiqabağı vədləri ölkəni Aİ-yə üzvlük yolundan uzaqlaşdırır və avtoritarizmə dəlalət edir. Buna görə də Aİ-yə üzvlük prosesi faktiki olaraq dayandırılıb”, - Borrel qeyd edib.

Borrel əlavə edib ki, qarşıdan gələn parlament seçkilərinin nəticələrini gözləmək lazımdır. Onun fikrincə, bu, Gürcüstanın demokratiyası və Aİ-yə üzvlük üçün həlledici sınaq olacaq.

Oktyabrın 9-da Avropa Parlamenti Gürcüstanla bağlı qətnaməni böyük səs çoxluğu ilə qəbul edib. Bu qətnamədə Aİ-yə üzv dövlətləri “Gürcü arzusu”nun yaradıcısı və fəxri prezidenti Bidzina İvanişviliyə qarşı dərhal sanksiyalar tətbiq etməyə və Avropa Komissiyasına qarşı sanksiyaların təsirini qiymətləndirməyə çağırıb.

Beynəlxalq tərəfdaşların çağırışlarına və prezidentin vetosuna baxmayaraq, Tbilisi “Xarici agentlər haqqında” qanunu qəbul edib.

Avropa İttifaqı da bu qanunun qəbulunu pisləyib və qeyd edib ki, bu paket Gürcüstan əhalisinin fundamental hüquqlarını pozur və əhalinin bir hissəsinə qarşı ayrı-seçkiliyin artması təhlükəsi yaradır.

“AzPolitika.info”

Şərhlər

ƏNHU 2024-10-15 23:41:50

Milyarderlər hakimiyyəti ələ keçirdikdən sonra öz xalqlarınıən başına bəlalar gətirir. Onlar siyasətç deyillər. Onlar quduz pulgirlərdir. Gəlin birlikdə düşünək, normal insan 10 milyardlarla pulu neynir? Nəyinə gərəkdir normal insanın bu qəıdər kağız-kuğuz? Bu nə həvəsdir belə? Bu cür xislət sahiblərinə ölkə, insan taleyi etibar etmək olarmı? Əl-həzər olsun milyarder prezidentlərdən.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol