AzPolitika.info-nun məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 0,0.51 dollar bahalaşaraq 1 barelə görə 61.45 dollar təşkil edib.
ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0.55 dollar bahalaşaraq 64.79 dollar olub.
Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsindən fins.az-a verilən məlumata görə, dekabrın 10-da London əmtəə birjasında keçirilmiş hərraclarda “Azeri Light” markalı neftin 1 barreli 64,96 dollara satılıb.
Bu, dekabrın 9-da qeydə alınmış qiymətdən 2,83 dollar azdır. Xatırladaq ki, 2014-cü ilin dövlət büdcəsində neftin 1 barelinin qiyməti 100 dollar nəzərdə tutulub.

Şərhlər