Yunanıstan və Türkiyənin xarici işlər nazirləri Yorqous Gerapetritis və Hakan Fidan noyabrın 8-də Afinada ikitərəfli görüş keçirəcək.
“AzPolitika” xəbər verir ki, bu bardə "Reuters" agentliyi diplomatik mənbələrə istinadən məlumat yayıb. Qeyd olunur ki, görüşdə nazirlər ikitərəfli münasibətləri, o cümlədən eksklüziv iqtisadi zonanın demarkasiyası məsələlərini müzakirə etməyi planlaşdırırlar.
İki NATO üzvü arasında hava məkanından tutmuş Aralıq dənizinin şərqinə, enerji resurslarına və etnik cəhətdən bölünmüş Kiprlə bağlı yurisdiksiyaya qədər hər şeylə bağlı onilliklər boyu mübahisələr var.
Kipr Respublikası və Şimali Kipr Türk Cümhuriyyəti liderlərinin bu gün Nyu-Yorkda BMT-nin baş katibi Antonio Quterreşlə görüşəcəyi gözlənilir.
“AzPolitika.info”


Şərhlər