Menu

“İsrail İranın nüvə obyektlərini hədəf almayacaq” – Netenyahu Baydeni buna əmin edib

15.10.2024, 17:11
“İsrail İranın nüvə obyektlərini hədəf almayacaq” – Netenyahu Baydeni buna əmin edib

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ rəhbərliyinə İrandakı nüvə və neft obyektlərini hədəfə almayacaqlarını bildirib.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ-nin “Washington Post” nəşri öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, Netanyahu ABŞ Prezidenti Co Baydenlə görüşündə İsrailin İrandakı hərbi obyektləri hədəf alacağını bəyan edib.

Qəzetə danışan rəsmilər Netanyahunun Bayden administrasiyasına İsrail ordusunun İrandakı neft və ya nüvə obyektləri yerinə hərbi obyektləri vurmağa hazır olduğunu dediyini bildirib. Qəzetə danışan ABŞ rəsmisi Netanyahunun bu görüşdə əvvəlkindən daha mötədil mövqedə dayandığını bildirib.

Hər iki rəsmi bildirib ki, baş nazirin münasibətindəki açıq-aşkar yumşalma Baydenin İsrailə raketdən müdafiə sistemi göndərmək qərarında təsirli olub.

Ağ Ev hələlik məsələ ilə bağlı açıqlama verməyib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol