““Tiktok” sosial şəbəkəsi üzərindən mənim, övladımın və kürəkənimin şərəf və layəqatini alçaldan, bizi aşağılayan təhiqredici paylaşımlar yayımlanır”.
Bunu “AzPolitika”-ya Qəbələ rayonu Bum qəsəbə sakini Aşurov Ramil Güloğlan oğlu bildirib.
Şikayətəçi üzləşdiyi xoşagəlməz halla bağlı dəfələrlə Qəbələ Rayon Polis İdarəsinə, həmçinin DİN-in 102 – “Qaynar xətti”nə müraciət etsə də, bu tip paylaşımlar edən şəxslə bağlı heç bir tədbir görülmədiyini, oxşar əməllərin davam etdiyini qeyd edib.
Şikayətçi şübhələndiyi şəxsin Bum qəsəbə sakini, lakin hazırda Ağcəbədi rayonunda məskunlaşan A.X. (müraciətdə ad və soyad verilir-red.) olduğunu iddia edir.
R.Aşurovun sözlərinə görə, bu şəxs “Tiktok” platforması üzərindən 99_tt654, Qəbələ_03619, @umarov_036_19 səhifələri ilə durmadan təhqiredici paylaşımlar edərək, onun, ailə üzvlərinin şərəf və ləyaqətini alçatdıldığını vurğulayır.
Saytımız vasitəsi ilə Daxili işlər naziri Vilayət Eyvazova müraciət edən R. Aşurov, üzlədşiyi qanunsuzluqla bağlı müraciətlərinin araşdırılmasını və həmin şəxslə bağlı lazımi tədbirlərin görülməsini xahiş edir.
Rasim
“AzPolitika.info”



Şərhlər
Yaxşı olar BMT təhlükəsizlik şurasına müraciət edəsən!!!!!