Dünən Ermənistanın hüquq-mühafizə orqanları rəhbərləri deputatlar qarşısnda hesabat veriblər. Bu məsələ Ermənistanda uzun müddət müzakirə olunurdu, çünki indiyə qədər asayiş keşikçiləri birbaşa Baş nazirə hesabat verirdilər və parlament kürsüsünə çıxmaq istəmirdilər.
“AzPolitika” xəbər verir ki, bu barədə Cənubi Qafqaz Araşdırmalar Mərkəzinin hazırladığı təhlildə bildirilir.
Qeyd olunur ki, parlamentin uzun sürən tələblərindən sonra Daxili İşlər Nazirliyinin, Milli Təhlükəsizlik Xidmətinin, Baş Prokurorluğun, İstintaq və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbərləri parlamentə gəliblər. Bu beş struktur Paşinyan rejiminin əsasını təşkil edir və Ermənistanın Baş naziri tərəfindən rəqiblərə qarşı siyasi mübarizədə istifadə olunur.
Paşinyanın sinif yoldaşı olan Daxili İşlər naziri küçələrdə hakimiyyəti qoruyan qırmızı beretlərdən ibarət əzici dəstələr yaradıb.
MTN-in rəhbəri karyera təhlükəsizlik zabiti olan Armen Vaqarşakoviçdir, lakin o da Paşinyanın əlaltılarının əhatəsindədir. Bir çox strukturlar Milli Təhlükəsizlik Xidmətinin tabeliyindən çıxarılıb, qurumun funksiyaları ixtisar edilib.
Baş Prokurorluq tamamilə Paşinyanın nəzarətindədir, konveyer normal işləyir.
Digərləri - İstintaq Komitəsinin rəhbəri, medal həvəskarı Argişti Kyaramyan və əsas güc blokunun nüfuzlu üzvü, Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin rəhbəri Sasun Xaçatryandır.
Dünən parlamentdə müzakirələr zamanı təkcə təhlükəsizlik qüvvələri ilə müxalifət deputatları arasında söz davası olmayıb. Əsas odur ki, hakim partiyanın deputatları ilə Argişti Kyaramyan arasında çəkişmə yaranıb.
Sərt suallarla üzləşən gənc Kyaramyan müvazinətini itirib və komitə sədri Sasun Xaçaturyan onu sakitləşdirməyə başlayıb. Sasun Xaçaturyanın qardaşı David Xaçaturyan uzun müddət Ermənistanda Soros Fonduna rəhbərlik edib və inqilabdan sonra o, Ermənistanın Konstitusiya Məhkəmə Şurasının üzvü olub.
Mübahisənin nəticəsi oldumu?
Bəli, bəzi detallar var, məsələn, hakim partiyadan olan deputatın oğlu məsuliyyətə cəlb olundu.
Lakin atışmaların əsas səbəbi Paşinyanın partiyadaşlarının Köçəryan və Sarkisyan dövründə inqilabda iştirak etməyən, amma karyeralarını inkişaf etdirmiş şəxsləri təhlükəsizlik orqanlarında görmək istəməməsidir. Parlament seçkiləri yaxınlaşdıqca bu tendensiya daha da artacaq.
Paşinyanın komandasının bütövlüyü ciddi sınaqla üzləşəcək. Baş nazir uzun müddət hüquq-mühafizə orqanlarının rəhbərlərini parlamentə buraxmayıb. Nəticədə onun nazirləri parlamentində ilk hesabat imtahanından keçə bilməyib...
“AzPolitika.info”


Şərhlər