Menu

“Bu qüvvələr iqtidara yox, dövlətə qənim kəsilib...” - Deputatdan ağır ittihamlar

18.10.2024, 17:15
“Bu qüvvələr iqtidara yox, dövlətə qənim kəsilib...” - Deputatdan ağır ittihamlar

“Əli Kərimli hər hansı bir irad tutuacaq məsələ tapa bilmir, özündən uydurduğu şəkildə Fazil Qasımov və Famil Xəlilova siyasi məhbus adı qoyur, hansısa bir cinayətdə əli olan şəxslərin əməllərini siyasiləşdirir və bununla bağlı lazımsız bəyanatlar verir”.

Bu fikirləri Milli Məclisin üzvü Vüqar İsgəndərov öz “facebook” səhifəsindən paylaşdığı yazıda bildirb.

Deputatın fikrincə, bununla həm daxili auditoriyasına, həm də qərbdəki anti-Azərbaycan qüvvələrə özünü yorulmaz müxalifətçi kimi göstərir: “Öz ailəmində özündən mübariz müxalifətçi obrazı yaratmaq istəyir. Üzücüdür...”

Vüqar İsgəndərov onu da qeyd edib ki, Əli Kərimlinin ətrafındakı insanların çoxu zamanla onun yanından gedir və getməkdədir: “İllərlə Əli Kərimlinin yanında olan, onun siyasi partiyasının üzvü olan adamların siyahisina gəlin baxaq və analiz edək. Görəcəyik ki, onların böyük əksəriyyəti bəyanatlar verərək onu tərk ediblər. Artıq bu adam təklənməkdədir. Səbəb nədir? Necə ola bilər ki, hamı pis oldu, Əli Kərimli “süddə ağ qaşıq”? Belə bir şey ola bilərmi? Əsla, mümkün deyil”.

Deputatın fikrincə, bunun səbəbi Kərimlinin ətrafındakıların gec də olsa reallığı görmələridir: “Əli Kərimlinin kimlərə və nəyə xidmət etdiyini anlayırlar. Təbii olaraq ondan uzaqlaşırlar. Dəfələrlə söyləmişik ki, iqtidar güclü bir müxalifətin olmasını arzulayar. Bu bir siyasi çəkişmədir, siyasətin əsasən özəyini təşkil edir. Amma müxalif qüvvə, müxalif partiya və yaxud da şəxslər dövlətə yox, iqtidarda olan siyasi partiyaya müxalifətçilik etməli, onun səhvlərini görməli, göstərməli, çıxış yollarını təqdim etməlidir. Belə fəaliyyətlə həm də cəmiyyətə, xalqa öz töhvəsini vermiş olar”.

Vüqar İsgəndərov təəssüflə qeyd edib ki, müxalifət adı altında fəaliyyət göstərən bəzi antimilli qüvvələr Azərbaycan iqtidarına yox, dövlətinə qənim kəsilir: “ Belə ucuz bəyanatlarla marginal qüvvələrə xidmət etdiklərini açıq şəkildə ortaya qoyurlar”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol