Menu

İsrail Livanda bələdiyyə binasını raketlə vurdu – Çoxlu sayda ölən və yaralanan var

17.10.2024, 11:38
İsrail Livanda bələdiyyə binasını raketlə vurdu – Çoxlu sayda  ölən və yaralanan var

Dünən işğalçı İsrail ordusunun Livanın cənubunda Nabatiye şəhərinin meriyasını raketlə vurması nəticəsində bələdiyyə sədri də daxil olmaqla 16 nəfər həlak olub, 50-dən çox insan yaralanıb.

“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, bu, İsrailin hava hücumları başlayandan bəri Livanın dövlət infrastrukturuna edilən ən böyük hücumdur.

Livan rəsmiləri hadisəni pisləyib. İsrailin işğalçı ordusunun hazırda Livan dövlətinin ərazisinə doğru irəlilədiyi bəyan edilib.

Müvəqqəti Baş nazir Nəcib Mikati deyib ki, israillilər "İsrailin hücumları nəticəsində didərgin düşmüş insanlara yardım məsələsini müzakirə edən şəhər şurasının iclasını qəsdən hədəfə alıblar".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol