Menu

İranda güneyli fəallara ağır həbs cəzası verilib

17.10.2024, 12:13
İranda güneyli fəallara ağır həbs cəzası verilib

"8 aydan çoxdur ki, Tehranın Evin zindanında saxlanılan milli fəalların barələrində hökm çıxarılıb.

"AzPolitika" xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, hakim Əbülqasım Sələvatinin qərarı ilə Araz Aman, Ayaz Seyfxah və Bağır Hacızadə ümumilikdə 8 il müddətinə azadlıqdan məhrum edilib. Onlar milli təhlükəsizliyə qarşı toplaşmaq və sövdələşməkdə günahlandırılıblar.

Bildirilib ki, milli fəal Hüseyn Piri də eyni ittihamla 5 il həbs cəzasına məhkum edilib. Daha bir milli fəal Kamal Nuriyə isə iki ili şərti olmaqla üç il həbs cəzası və bir il qalan həbs müddəti azaldılaraq sərbəst buraxılmasına qərar verilib. Məhkəmənin digər məhbus fəallar Mürtəza Pərvin, Tahir Nəqəvi və Kərim Mərdanə barədə qərarı hələlik açıqlanmayıb. 

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol