Menu

“İsrail yaxın günlərdə İranı vura bilər” – “Washington Post”

17.10.2024, 14:34
“İsrail yaxın günlərdə İranı vura bilər” – “Washington Post”

İsrail yaxın günlərdə İranı vura bilər.

“AzPolitika” xəbər verir ki, bu barədə ABŞ-nin “The Washington Post” nəşri məlumat yayıb.

Məlumata görə, hücumun tezliklə baş tutacağı gözlənilsə də, konkret olaraq hansı hədəflərin seçiləcəyi ilə bağlı yekun qərar yoxdur.

Bundan əlavə, “CNN”-də oktyabrın 16-da mənbələrə əsaslanaraq bildirib ki, ABŞ noyabrın 5-də ABŞ-də keçiriləcək prezident seçkilərindən əvvəl İsrailin hücumunu gözləyir.

Qeyd edək ki, İsrailin müdafiə naziri Yoav Qallant İsrailin İrana qətiyyətli və öldürücü cavab verəcəyini vəd edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol