Menu

Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi aparılıb

18.10.2024, 23:49
Rusiya və Ukrayna arasında hərbi əsirlərin mübadiləsi aparılıb

Rusiya və Ukrayna arasında 95-95 formatında əsir mübadiləsi aparılıb. "Report" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Oktyabrın 18-də danışıqlar prosesi nəticəsində 95 rusiyalı hərbçi Kiyevin nəzarətində olan ərazilərdən geri qaytarılıb, bunun müqabilində 95 hərbi əsir Ukrayna Silahlı Qüvvələrinə təhvil verilib", - məlumatda deyilir.

Hazırda Rusiya hərbçiləri Belarus ərazisindədirlər, onlara lazımi psixoloji və tibbi yardım göstərilir, həmçinin qohumları ilə əlaqə saxlamaq imkanı yaradılır.

Məlumata görə, mübadilə BƏƏ-nin vasitəçiliyi ilə baş tutub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol