Menu

İşə düzəltmək adı ilə 36 min manatı ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb

19.10.2024, 12:03
İşə düzəltmək adı ilə 36 min manatı ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Abşeron rayonunda işə düzəltmək adı ilə şəxsin 36 min manatını ələ keçirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Xırdalan şəhər sakini olan bir nəfəri işə düzətmək adı altında 36 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 58 yaşlı E.Qasımov saxlanılıb. Məlumata görə, faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol