Menu

Ermənistan uyğunluq səviyyəsinin qiymətləndirilməsi üzrə NATO tədbirində iştirak edib

19.10.2024, 16:32
Ermənistan uyğunluq səviyyəsinin qiymətləndirilməsi üzrə NATO tədbirində iştirak edib

Ermənistanın Mərakeşdəki hərbi nümayəndə heyəti beynəlxalq missiyalar çərçivəsində NATO qüvvələri ilə uyğunluq səviyyəsinin qiymətləndirilməsi üzrə tədbirdə iştirak edib.

Bu barədə “Report” Ermənistan KİV-ə istinadən xəbər verir.

Ermənistan Müdafiə Nazirliyindən verilən məlumata görə, ölkənin silahlı qüvvələrinin baş qərargah rəisinin müavini, general-mayor Artur Yeroyanın rəhbərlik etdiyi nümayəndə heyəti oktyabrın 13-17-də Kasablankada NATO-nun Əməliyyat Potensialı Konsepsiyasının illik konfransında iştirak edib. Tədbir çərçivəsində NATO-nun tərəfdaş ölkələrinin bölmələri beynəlxalq missiyalarda NATO qüvvələri ilə uyğunluq səviyyəsinin qiymətləndirilməsindən keçiblər.

Səfər çərçivəsində Yeroyan həmçinin Müttəfiq Qüvvələrin Avropadakı Ali Komandanlığının Baş Qərargah rəisinin müavini, vitse-admiral Qunşteyn Bruasdal (Norveç), NATO-nun Avropadakı Birləşmiş Silahlı Qüvvələrinin Ali Komandanlığının Hərbi Əməkdaşlıq Xidmətinin rəhbəri, Baş Qərargah rəisinin müavini, briqada generalı Martin Remesi (Slovakiya) ilə görüşlər keçirib.

“Əməkdaşlıqla bağlı məsələlər, o cümlədən uyğunluğun qiymətləndirilməsinin növbəti mərhələsi ilə bağlı məsələlər müzakirə edilib”, - nazirlikdən vurğulanıb.

Şərhlər

Muxtar Daşdəmirov 2024-10-19 19:11:51

Ermənistanın bu iştirakı, onun illərlə NATO tərəfdaşı olmuş dövlətlərdən fərqli geniş-imkanlı,, BMT TŞnı belə saymaz, tam müstəqil siyasətini növbəti dəfə təsdiqləmirmi?

Əmir Daşdəmirov 2024-10-19 19:06:31

Ermənistanın bu iştirrakı da, illərlə NATO tərəfdaşı olmuş dövlətlərdən geniş-yüksək imkanlı, BMT TŞ kimi qurumları belə saymaz, tam müstəqil siyasətini təsdiqləmirmi?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol