Menu

İsrai XİN rəhbəri Makronun "Euronaval"la bağlı qadağasına qarşı tədbir görülməsi barədə göstəriş verib

20.10.2024, 20:00
İsrai XİN rəhbəri Makronun "Euronaval"la bağlı qadağasına qarşı tədbir görülməsi barədə göstəriş verib

İsrailin xarici işlər naziri İsrael Katz Fransa Prezidenti Emmanuel Makronun İsrail şirkətlərinin gələn ay Parisdə keçiriləcək "Euronaval" sərgisində öz məhsullarını təqdim etməsinə mane olmaq qərarına cavab verib.

"Report" bu barədə İsrail Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.

İ.Katz bildirib ki, departamentə Makronun hərəkətlərinə qarşı hüquqi və diplomatik addımlar atmağı tapşırıb.

Katz Makronu bu qadağanı tamamilə ləğv etməyə çağırıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol