Menu

Moldovada prezident seçkilərində Sandu öndədir - Vətəndaşların yarıdan çoxu Aİ-yə üzvlüyün əleyhinədir

21.10.2024, 00:54
Moldovada prezident seçkilərində Sandu öndədir - Vətəndaşların yarıdan çoxu Aİ-yə üzvlüyün əleyhinədir

Moldovanın hazırkı prezidenti Maia Sandu protokolların yarısına baxıldıqdan sonra 35% nəticə ilə prezident seçkilərində liderdir.

"Report" xəbər verir ki, ilkin nəticələri ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) açıqlayıb.

Onu 29% səslə keçmiş baş prokuror Aleksandr Stoyanoqlo izləyir.

Seçkinin qalibi səslərin yarıdan çoxunu toplayan namizəd olacaq. Əks halda noyabrın 3-də birinci turun iki liderinin iştirak edəcəyi ikinci tur təşkil olunacaq.

Bundan əlavə, Mərkəzi Seçki Komissiyasının məlumatına görə, referendumda Moldova vətəndaşlarının 55%-i ölkənin Aİ-yə qoşulmasının əleyhinə səs verib, 44%-i isə təşəbbüsü dəstəkləyib.

Şərhlər

Oxucu. 2024-10-21 06:55:07

Əgər doğurdanda belədirsə seçki saxta keçirilib,məntiqlə yanaşaq bu xanım qərb üçün canını verir,üstəlik moldav dilini tam ləğv edib rumun dilinə keçmək üçün çalışır,bir sözlə tam avropaya can atır amma seçicilər buna hə,birliyə yox? Əslində avropa özünə artıq yük götürməmək üçün seçkini belə təşkil edir,bu xanımsa antirusya üçün hələlik bunlara lazımdır.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol