“Putinin ölməyini istəmirəm”.
“AzPolitika” xəbər verir ki, bunu rusiyalı müxalif siyasətçi Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya “The Times” nəşrinə müsahibəsində bildirib.
O, Rusiya liderinin həbs olunmasını istədiyini deyib.
“Mən onun (Putin-red.) Rusiya həbsxanasına düşməsini istəyirəm. Necə ki, mənim həyat yoldaşım vaxtı ilə orada qalıb. Mən onun Rusiya çarı kimi adi bir məhbusa çevrilməsini istəyirəm”,- deyə Navalnaya bildirib.
Navalnaya həmçinin bildirib ki, nə vaxtsa Rusiyaya qayıtsa prezidentliyə namizədliyini irəli sürəcək.
O, əlavə edib ki, hazırda Putin hakimiyyətdə olduğu üçün bunu etmək mümkün deyil:“Mən təhlükəsizliyimə, həyat yoldaşım kimi kimi hava limanında həbs olunmayacağıma əmin olana qədər Rusiyaya qayıtmayacam. Hazırda yaşadığım ünvanı gizlətməyə, cangüdənlərlə gəzməyə məcburam”.
Xatırladaq ki, Aleksey Navalnı 2024-cü il fevralın 16-da Yamalo-Nenets Muxtar Dairəsinin Xarp şəhərindəki "Qütb canavarı" koloniyasında vəfat edib. Onun həyat yoldaşı və tərəfdarları əmindirlər ki, siyasətçi Vladimir Putinin göstərişi ilə öldürülüb.
“AzPolitika.info”


Şərhlər