Menu

Oğuza güclü dolu düşüb, əkin sahələrinə ciddi ziyan dəyib

21.10.2024, 20:26
Oğuza güclü dolu düşüb, əkin sahələrinə ciddi ziyan dəyib

Oğuz rayonuna güclü dolu düşüb. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, dolu əsasən rayonun Xaçmaz kəndinə yağıb.

Yağan güclü dolu payızlıq əkinlərə, alma və xurma ağaclarına ziyan vurub.

Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol