Dekabrın 12-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, səhər və axşam bəzi yerlərdə zəif duman, çiskin müşahidə ediləcək. Cənub küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 5-7, gündüz 8-13 dərəcə isti olacaq.
Rayonlarda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin müşahidə ediləcək. Cənub-şərq küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 1-6 dərəcə isti, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

Şərhlər