Menu

Su basmış tuneldən ikinci şəxsin meyiti çıxarıldı - VİDEO (Yenilənib)

22.10.2024, 20:07
Su basmış tuneldən ikinci şəxsin meyiti çıxarıldı - VİDEO (Yenilənib)

Baş Prokurluq paytaxtın "Sabunçu keçidi" adlanan ərazisində yağış suları ilə dolu tuneldə daha 1 nəfərin cəsədinin aşkar edilməsi barədə məlumat yayıb.

Baş Prokurluqdan verilən məlumata görə, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə 1 nəfərin cəsədinin aşkar olunması faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır:

"Qeyd olunan ərazidə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən davam etdirilən axtarış-xilasetmə işləri nəticəsində daha bir nəfərin - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən bütün zəruri təhlükəsizlik tədbirlərinin həyata keçiriliməsi davam etdirilir".

***

Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batmış ikinci şəxs - 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

***

Xəbər verdiyimiz kimi, Bakı şəhərinə yağan güclü yağış nəticəsində Sabunçu qəsəbəsini şəhərlə birləşdirən tuneli su basıb və içərisində iki sərnişinin olduğu bir avtomobil tuneldə batıb.

Qeyd edək ki, onlardan birinin cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən sudan çıxarılıb.

Həmin şəxsin 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlu olduğu bildirilir.

Verilən məlumata görə, digər şəxsin axtarışları davam edir.

"AzPolitika.info"


Şərhlər

Mubariz 2024-10-22 19:04:22

Cavabdehlər məsuliyyətə cəlb olunacaq ? Nə üçün tunellər sel-suları ilə dolur ? Tikinti normalarına niyə riyayət olunmur ? Drenajorlar qoyulmur yada ki işləmir , pullar yeyilir ,insanlar ölür məsuliyyət daşıyanda yenə fəhlə olur ,onu da günahkar edib həbs edəcəklər ,utanın

Azər 2024-10-22 16:49:22

Guya təzə mer nə edir ? Daş binaları keyfiyyətsiz kraska ilə rəngləyir, kanalizasiya sistemi isə it günündədir..Bakının Ləmbəranskidən sonra mer sarıdan bəxti heç vaxt gətirmədi..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol