Menu

Gürcüstan Patriarxlığından “Gürcü arzusu”na dəstək – Hakimiyyətin şüarları müdafiə olunur

22.10.2024, 18:18
Gürcüstan Patriarxlığından “Gürcü arzusu”na dəstək – Hakimiyyətin şüarları müdafiə olunur

Gürcüstan Patriarxlığının İctimaiyyətlə Əlaqələr Xidməti oktyabrın 26-da keçiriləcək parlament seçkiləri ilə bağlı bəyanat yayıb.

“AzPolitika” gürcü mediasına istinadla xəbər verir ki, bəyanatda hakim “Gürcü arzusu”-nun seçki şüarlarına dəstək ifadə olunub. Patriarxlıq qeyd edir ki, ölkəyə uzun müddətli, davamlı sülh gətirəcək seçimin nəticələrini dəstəkləyəcək. “Məhz bu nəticələr Gürcüstanda sülhün bərqərar olmasına və cəmiyyətdə xristian və ailə ənənələrini gücləndirən dəyərlərin möhkəmlənməsinə kömək edəcək”, - bəyantda bildirilir.

Gürcü mətbuatı yazır ki, “sülh və əmin-amanlığın təmin edilməsi” “Gürcü arzusu”nun seçkiqabağı kampaniyasının əsas şüarıdır. Partiya bu mövqeyini “Müharibəni yox, sülhü seç!” pankartlarında ifadə edir. Plakatlarda Ukraynada Rusiya tərəfindən bombalanmış binaların və kilsələrin fonunda “Gürcü arzusu” hökuməti dövründə bərpa edilmiş və ya tikilmiş binaların fotoları əks etdirilir.

Hakim partiyanın pankartları müxalifət və vətəndaş cəmiyyəti tərəfindən kəskin tənqid edilib, sosial şəbəkə fəalları “Gürcü arzusu” əvəzindən Ukrayna xalqından üzr istəyiblər.

Hakim partiya öz məqsədləri arasında ailə dəyərlərinin qorunmasını da qeyd edir, bunun əsasında parlament LGBT hüquqlarını məhdudlaşdıran qanun qəbul edib.

Patriarxlığın İctimaiyyətlə Əlaqələr Xidmətinin din xadimlərindən seçki dövründə həddindən artıq emosiyalar və gərginlik fonunda “ictimai birliyin və əmin-amanlığın qorunub saxlanmasında onların xüsusi rolu olduğunu ifadə və müraciətlərində nəzərə almaları” xahiş olunur.

“AzPolitika.info”

Şərhlər

Şahin 2024-10-23 08:42:23

Ermınilerde katalikosun fikrini cəmiyyət qəbul edir .Tarix boyu onların dövleti olmayanda kilsə dövleti əvəz edib . Lakin gürcülürde patriarxı sayan yoxdur Bu bir ucuz təbligatdır Əsas söz xalqındır

Mubariz 2024-10-22 19:53:00

Axır ki ,gürcülərində Şeyxi nəyisə dəstəklədi ,bizimkində öyrəndi

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol