Menu

ONLAR RADİOAKTİV TULLANTILARDIR! – “Ölkə başçısına dürüst məlumatlar verilməlidir”

23.10.2024, 09:37
ONLAR RADİOAKTİV TULLANTILARDIR! – “Ölkə başçısına dürüst məlumatlar verilməlidir”

Etibar Əliyev, 

fəlsəfə üzrə fəlsəfə doktoru

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xalqımıza Böyük Zəfər bəxş etdi. Torpaqlarımız erməni işğalından azad olundu. Xalqımıza qarşı törədilən genosid, urbisid, ekosid, kultursid kimi beynəlxalq cinayətləri ermənilərə bağışlamadıq.

Zəfərin ruh-yüksəkliyi heç zaman zəifləməməlidir. Biz yüksək passionarlığa malik olan xalqıq. Bu passionarlıq məmur özbaşınalığı ilə söndürülməməlidir. Məmurların cəmiyyətə qarşı özgələşməsi insanları məyus edir. Təhsil, mədəniyyət, elm inkişaf etməlidir. Təəssüflər olsun ki, ölkə təhsilindəki geriləmələr və neqativ hallar günbəgün genişlənir.

Alimlərin sosial şəbəkələrdə və mətbuatda görünməmələri üzücüdür. Belə olan halda fikir qıtlığı yaranır, monoloq mühiti genişlənir. Hər kəs üzərinə düşən məsuliyyəti dərk etməli və işinə vicdanla yanaşmalıdır. Ümummilli liderimiz Heydər Əliyevin bütün zamanlarla səsləşən bir fikri var: "Tənqid həmişə işə kömək edir". Məmurlar tənqidə dözümlü olmalı və tənqidə süngü ilə yanaşmamalıdr. Nazirliklərin və komitələrin mətbuatla sövdələşməsinə son qoyulmalıdır. Mətbuat cəmiyyətin güzgüsü funksiyasını itirməkdədir.

Bəşəriyyətin hələ indiki qədər çətin dövrü olmayıb. Sınırları aramsız gərginlikdən tarıma çəkilmiş bəşəriyyətin hər hansı bir nöqtəsinə toxunan kimi onun titrəyişi bütün Yer kürəsinə yayılır. Belə bir mürəkkəb dövrdə məmləkətimizi qorumağın məsuliyyəti hamımızın üzrinə düşən mühüm vəzifə olmalıdır. Bəşəriyyəti bürüyən ekzistensional təhlükəni dərk etməliyik. Ölkə başçısına bütün sahələr barədə dürüst məlumatlar verilməlidir. Ölkənin çiçəklənməsində, suverenliyimizin bərpasında bu şəxsiyyətin misilsiz əməyi var.

Düşmənlərimizin sayı az deyil və Zəfəri birlikdə qazandığımız kimi, ölkəmizi də birlikdə inkişaf etdirəcəyik. Bu işdə talantlı və təcrübəli mütəxəssislər kənarda qalmamalıdır. Beyin mərkəzləri və Diskussiya klubları yaradılmalı və problemlərin həlli yolları müzakirə olunmalıdır. COP29-un yüksək səviyyədə keçiriləcəyinə heç kimin şübhəsi olmasın. Azərbaycan beynəlxalq səviyyəli tədbirlərin keçirilməsində böyük təcrübəyə malikdir. COP29-a qarşı çıxanların bir adı var: onlar radioaktiv tullantılardır!

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol