BRİCS-in Kazanda keçirilən sammitinə qatılan BMT Baş katibi Antonio Quterreş Vladimir Putinə Rusiyanın Ukraynaya təcavüzünün BMT Nizamnaməsinin və beynəlxalq hüququn pozulması olduğunu deyib.
“AzPolitika” xəbər verir ki, bu barədə BMT-nin saytında dərc olunmuş məlumatda deyilir.
Bundan əlavə, Quterreş "Qara dənizdə naviqasiya azadlığının Ukrayna, Rusiya Federasiyası və qlobal ərzaq və enerji təhlükəsizliyi üçün böyük əhəmiyyət kəsb etdiyinə" inandığını bildirib. BMT baş katibinin ofisi qeyd edib ki, o, bu məsələ ilə bağlı danışıqların davam etdirilməsini tam dəstəkləyir və Türkiyəyə gördüyü işlərə görə dərin minnətdarlığını bildirir.
Quterreş və Putin həmçinin Yaxın Şərqdəki vəziyyəti, xüsusilə Qəzza və Livanda atəşkəsin zəruriliyini, habelə iqtisadi inkişaf və beynəlxalq maliyyə məsələlərini müzakirə ediblər.
“AzPolitika.info”


Şərhlər