Menu

Bakıda yeni asfaltlanan yol çökdü - VİDEO

25.10.2024, 10:54
Bakıda yeni asfaltlanan yol çökdü  - VİDEO

Bakının Nizami rayonu, Rüstəm Rüstəmov küçəsində yol çöküb.Sakinlər yolun yeni asfaltlandığını bildiriblər.

Onlar qeyd edib ki, son günlərdə yağan aramsız yağışlar asfaltı bu hala salsa da, çökməyə səbəb təkcə yağıntı deyil: "Gəldilər, asfalt vurdular, amma asfalt vuranda altına gil verməzlər. Burada görünən işlər göz qabağındadır. Gilin üzərinə asfalt vurandan sonra, əlbəttə, çökəcək”.

Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, sözügedən ərazidə problemə səbəb bir müddət əvvəl kommunikasiya xətlərinin çəkilişi üçün aidiyyəti təşkilatların həyata keçirdikləri qazıntıdır.

Ətraflı Xəzər TV-nin sujetində:

Şərhlər

Mirzə 2024-10-25 11:06:18

Kimin nə iş görməsindən asılı olmayaraq, asfalt salmadan öncə həmin yerin alt qatının mphkəm olması yoxlanılmalı idi. Bu işi icra edənin məsuliyyətsizliyinin nəticəsidir. Nəticədə dövlət ziyan çəkir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol