Vladimir Putin Rusiyanın Ukraynaya qarşı müharibəsində atəşkəs əldə etməyə çalışır.
“AzPolitika” Türkiyə mətbuatına istinadla xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BRİCS sammiti çərçivəsində Putinlə görüşdən sonra deyib.
Türkiyə liderinin sözlərinə görə, “Ukrayna Prezidenti Volodimir Zelenski kimi, cənab Putin də daimi atəşkəs üçün səy göstərir”.
Onun dediyinə görə, bunu Türkiyə və Rusiya XİN başçıları da təsdiqləyiblər: “Qara dəniz taxıl dəhlizinin bərpası və minalardan təmizləmə məsələlərindən əlavə, dünən axşam cənab Putin və onun nümayəndə heyəti ilə görüşümüz zamanı gördük ki, əsirlərin mübadiləsi ilə də bağlı gözləntilər var. Biz problemləri diplomatik yolla həll etmək üçün mümkün olan hər şeyi etməyə davam edəcəyik”.
O, həmçinin Türkiyənin iki ölkə arasında sülh danışıqlarının mümkün qədər tez başlamasını istədiyini vurğulayıb: "Biz buna nail olmaq üçün yorulmadan çalışmaqda davam edəcəyik. Nə müharibədə qalib, nə də sülhdə uduzan olmayacağını vurğulamaqda davam edirik. Bu müharibə mütləq bitəcək, biz çalışırıq ki, onu qan və göz yaşı tökmədən başa çatdıraq".
“AzPolitika.info”


Şərhlər