Menu

Moskvadakı gilzi laboratoriyada bioloji silahlar hazırlanır - ABŞ kəşfiyyatının yeni iddiası

26.10.2024, 18:49
Moskvadakı gilzi laboratoriyada bioloji silahlar hazırlanır - ABŞ kəşfiyyatının yeni iddiası

Son iki ildə Moskva vilayətinin Sergiev Posad yaxınlığındakı qapalı hərbi şəhərciyindəki sovet bioloji laboratoriyası genişləndirilib. Bu barədə “The Washington Post” peyk şəkillərinin təhlilinə istinadən məlumat yayıb.

“Sergiev Posad-6” qapalı hərbi şəhərciyinin ərazisində sahəsi 23 min kvadratmetrdən çox olan yeni binalar kompleksi tikilir. Orada Müdafiə Nazirliyinin elmi-tədqiqat institutu var.

“The Washington Post” yazır ki, yeni binaların bəzilərində patogenlərlə işləmək üçün bioloji laboratoriyaların əlaməti var. Peyklər obyektdə Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından bir neçə ay sonra aktivliyi qeydə alıb.

Qəzet iddia edir ki, tikilməkdə olan obyekt yüksək mühafizəyə malikdir. Bunu damdakı onlarla hava filtrasiya qurğusu, yeraltı infrastruktur, gücləndirilmiş təhlükəsizlik tədbirləri və tərtibatı sübut edir. Nəşrin həmsöhbətlərinin sözlərinə görə, ehtimal olunan laboratoriyanın ərazisində elektrik stansiyası da var.

“The Washington Post” yazır ki, ABŞ kəşfiyyat analitikləri belə qənaətə gəliblər ki, bu obyektdə çox güman, hələ də Sovet dövründə tədqiq edilmiş və sınaqdan keçirilmiş virusların dondurulmuş kolleksiyaları var.

Rusiya Müdafiə Nazirliyinin 48-ci Mərkəzi Elmi-Tədqiqat İnstitutu “Serqiyev Posad-6” hərbi şəhərciyində yerləşir. Rəsmi olaraq, elmi-tədqiqat institutu ordu və əhali üçün xüsusilə təhlükəli infeksiyalara qarşı tibbi müdafiəni inkişaf etdirir. Laboratoriyalar ölkənin bioterrorizmə və gələcək pandemiyalara qarşı müdafiəsini gücləndirmək üçün ölümcül mikrobları öyrənir.

Tədqiqat institutu həmçinin 2018-ci ildə keçmiş QRU zabiti Sergey Skripal və qızına qarşı sui-qəsddə istifadə edilən kimyəvi silahların istehsalına yardım etməkdə şübhəli bilinir.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol