Menu

"Barcelona" səfərdə "Real Madrid"i darmadağın edib

27.10.2024, 01:16
"Barcelona" səfərdə "Real Madrid"i darmadağın edib

Futbol üzrə İspaniya çempionatının növbəti turunda "Real" Madrid "Barcelona"nı qəbul edib.

APA xəbər verir ki, "Santyaqo Bernabeu" stadionunda keçirilən qarşılaşmada "Barcelona" "Real"ı darmadağın edib.

Birinci hissədə hesab açılmayıb. İkinci hissədə isə "Barcelona" əzəli rəqibinin qapısına dörd cavabsız top vurub.

Əvvəlcə Robert Levandovski dubl edib. Ardınca Lamin Yamal və Rafinya hərəyə bir dəfə fərqlənib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol