Menu

“Şimali Koreya əsgərləri döyüş əməliyyatlarında 2-3 həftə iştirak edə biləcəklər” - Ekspert

28.10.2024, 11:29
“Şimali Koreya əsgərləri döyüş əməliyyatlarında 2-3 həftə iştirak edə biləcəklər” - Ekspert

Yaxın günlərdə Rusiya Ukrayna ordusunun aktiv hücumlara başladığı Kursk bölgəsində döyüş əməliyyatlarında iştirak etmək üçün Şimali Koreyadan daha çox hərbçi cəlb edə bilər.

“AzPolitika” xəbər verir ki, bu barədə “Strategiya XXI” Qlobal Araşdırmalar Mərkəzinin rəhbəri Pavel Lakiyçuk “Kanal 24”-ə müsahibəsində deyib.

Ekspert qeyd edib ki, Kreml Rusiya ordusunun şəxsi heyətinin cəbhədə itkilərini kompensasiya etmək üçün bu tip üsulları sınaqdan keçirir. 

O, Şimali Koreya əsgərlərinin zaman keçdikcə aktivləşəcəyini deyib: “Əgər biz 11-12 min Şimali Koreya əsgərindən danışırıqsa, o zaman onlar gündəlik itkiləri nəzərə aldıqda döyüş əməliyyatlarında 2-3 həftə iştirak edə biləcəklər. Əgər Putin və Kim Çen In gələcəkdə Şimali Koreyadan 100-300 min əsgər cəlb edə bilsə, o zaman Rusiyda səfərbərliyə ehtiyac olmayacaq.

"AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol