Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Trampın Ukrayna ilə bağlı planının bəzi yeni detalları məlum olub.
“AzPolitika” xəbər verir ki, “Financial Times” bu barədə Trampın adı çəkilməyən məsləhətçisinə istinadla yazıb. Yazıda qeyd olunur ki, Trampın planına görə, Ukraynadakı münaqişənin həlli Minsk razılaşmalarının yenidən nəzərdən keçirilməsi ola bilər.
Trampın məsləhətçisinin dediyinə görə, bu dəfə müqavilə şərtlərinin pozulmaması üçün məcburetmə mexanizmləri mövcud olacaq və onun şərtlərini pozan tərəf ciddi nəticələrlə üzləşəcək.
Bununla yanaşı, qeyd olunur ki, sazişin icrasına nəzarəti NATO qüvvələri və ya BMT sülhməramlıları deyil, Avropa qoşunları həyata keçirməli olacaq. Bununla da ABŞ Ukraynaya görə məsuliyyəti bir növ Avropanın üzərinə atacaq.
“Biz bunun üçün pul ödəmirik. Bunu Avropa ödəyir”, - deyə bildirən Trampın müşaviri ABŞ-nin bu mexanizmdə iştirak etməyəcəyini qeyd edib və əlavə edib ki, Tramp prosesin Avropa tərəfindən maliyyələşdirilməsində israr edəcək.
“AzPolitika.info”


Şərhlər