Menu

Paşinyanın arvadının “Lexus”-u - Mübahisələrə səbəb olub

28.10.2024, 20:11
Paşinyanın arvadının “Lexus”-u - Mübahisələrə səbəb olub

Nikol Paşinyanın arvadı Anna Akopyanın qiyməti 150 min dollara yaxın olan “Lexus” avtomobilində gəzməsi mübahisələrə səbəb olub.

“AzPolitika” xəbər verir ki, erməni jurnalistlər bu məsələ ilə bağlı ölkənin Maliyyə naziri Vahe Hovhannisyana sual ünvanlasa da nazir Anna Akopyana niyə 134 min dollarlıq avtomobilin xidmət göstərdiyi sualına cavab verə bilməyib.

Jurnalistlər qeyd ediblər ki, Ermənistanın əvvəlki başçısı Serj Sarqsyanın arvadına 2012-ci ildə istehsal olunmuş “Toyota Camry” markalı avtomobil xidmət göstərib.

Hovhannisyan bu sualı dövlət təhlükəsizlik xidmətinə ünvanlamağı tövsiyə edib: “Prioritetin nə olduğuna siyasətçilər özləri qərar verirlər. Hansı səviyyədə xərclərin məqbul olduğunu, hansının olmadığını deyə bilmərəm”.

“AzPolitika.info”

Şərhlər

Köhne 2024-10-28 20:45:52

Bızde jek mūdırı o lexusdan sürūr.....Heç kes de maralanmır.....Ōyrenceliyik axı. .. ..

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol