Menu

"65 yaşdan yuxarı müəllimlər işləmək istəyirlərsə..." - Agentlik

29.10.2024, 13:45
"65 yaşdan yuxarı müəllimlər işləmək istəyirlərsə..." - Agentlik

"60 yaşlı müəllimlərin sertifikatlaşdırma prosesində iştirakı könüllüdür. Bundan aşağı yaşlarda bir müəllim sertifikatlaşdırma imtahanlarında iştirak etmirsə, kəsilmiş hesab edilir.

APA xəbər verir ki", bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov 1 illik fəaliyyətinə dair keçirilən "Hesabat Brifinqi" zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

"65 yaşdan sonra bir müəllimə ciddi ehtiyac varsa, işdə qala bilər. Bunun əsas göstəricisi də sertifikatlaşdırma imtahanıdır. İmtahanda yüksək nəticə göstərməlidir ki, müqavilə müddətini uzadaq" , - deyə o qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol