Ukrayna əlavə olaraq 160 min vətəndaşını səfərbərliyə cəlb etməyi planlaşdırır.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksandr Litvinenko ölkə parlamentində deyib.
Litvinenkonun sözlərinə görə, ümumilikdə 1 milyon 50 min vətəndaş artıq Ukrayna Müdafiə Qüvvələrinə çağırılıb.
Onu da əlavə edək ki, Ukrayna Ali Radası Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini 90 gün uzadıb.
“AzPolitika.info”


Şərhlər