Ermənistanda nəşr olunan müxalif “Hraparak” qəzetinin yazdığına görə, oktyabrın 24-də Kazanda Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında keçirilən görüşdə Qarabağda ləğv olunmuş qondarma cinayətkar rejimə başçlıq etmiş şəxslər barədə də söhbət olub. Qəzet iddia edir ki, Mirzoyan bu barədə ötən cümə günü hakim partiyanın qapalı iclasında deputatlara deyib. O, İlham Əliyevlə görüşdə COP29-da iştirak etmələri müqabilində əsir götürülmüş hərbçilərdən bir neçəsini geri qaytarmağı təklif edib. Nazir bunun müqabilində tədbirdə iştirak etmək üçün şəxsən Bakıya gedəcəyinə zəmanət verib.
Guya İlham Əliyev Paşinyana niyə Ruben Vardanyanı tələb etmədikləri barədə sual verib, Paşinyan isə cavabında "Çünki mən bilirəm ki, verməyəcəksiniz", - deyib. Əvəzində, guya Azərbaycan Prezidenti deyib ki, Vardanyanı Rusiya Prezidenti Vladimir Putin istəyir.
Maraqlıdır, Vardanyan Rusiya - Ukrayna müharibəsi başlayan dövrdə Rusiya vətəndaşlığından imtina edib.
Bəs belə olduğu təqdirdə, Putinin Vardanyanı istəməsi inandırıcıdırmı, belədirsə, maraq nə ola bilər?

Hərbi-siyasi ekspert Azad İsazadə “Pressklub.az”-a açıqlamasında bu barədə danışıb: "Bizdə həbsdə iki qrup insan var. Birinci qrup separatist rejimi idarə edənlərdir. Araik Arutyunyan və Ruben Vardanyan bu qrupa daxildir. Bunlar isə hərbçi və ya hərbi əsirlər deyil. Onlar Azərbaycanda açılan cinayət işi ilə bağlı həbs olunublar. Hazırda istintaq gedir. Məhkəmə prosesi isə uzun çəkməyəcək, COP29-dan sonra bu proses başlayacaq. Mirzoyan hərbçiləri istəyirsə, söhbət separatçı rejimin rəhbərlərindən yox, anti-terror əməliyyatından sonra əsir düşən hərbçilərdən gedə bilər. Ola bilər, onların içərisində Azərbaycana qarşı cinayətlərdə əli olan erməni hərbçilərinə də cinayət işi açılıb və məhkəmələri olacaq. Belə danışıqlar isə qapalı formada aparıla bilər".
Ekspert deyir ki, prosedura görə, Vardanyanı, Arutyunyanı və digər separatçıları Azərbaycan məhkəmə keçirəndən sonra Prezident onlar barəsində əfv sərəncamı imzalayıb, onları təhvil verə bilər. Amma kimə? Onların hamısı Ermənistan vətəndaşıdır. Deməli, Azərbaycan onları Rusiyaya yox, Ermənistana ekstradisiya edə bilər. Beynəlxalq praktikada bu hallar olub. Amma məsələ ondadır ki, Ermənistan rəhbərliyi özü bu şəxsləri götürmək istəməyəcək, çünki hazırda Qarabağdan çıxan ermənilərin liderləri yoxdur, separatçı rejimin liderləri İrəvana getsə hazırkı hakimiyyətə qarşı etiraz edənlərlə birləşə bilərlər. Ona görə də rəsmi İrəvan istəməz ki, bu adamlar yaxın zamanlarda Ermənistana gəlsin.
"Putinin Azərbaycandan Ruben Vardanyanı istəməsi məlumatı isə mənə real gəlmir. Çünki bu barədə Putin birbaşa İlham Əliyevlə danışmalı idi. Ermənilərin isə bu məsələ ilə bağlı heç bir xəbəri olmamalı idi. Ümumiyyətlə, Putinin Vardanyanı istəməyə əsası da yoxdur. Çünki Vardanyan vaxtilə Rusiya vətəndaşlığından imtina edib, Ermənistana köçdü. Çox güman ki, öz sərvətini də Rusiyadan hansısa formadan çıxara bilib. Digər tərəfdən Rusiya Vardanyanı çıxarmaq istəsəydi, Qarabağda olduğu dövrdə sülhməramlılar gizli çıxara bilərdi. Bəlkə də cəhd ediblər, amma Azərbaycan rəhbərliyi Vardanyanı axtardığı üçün ruslar müqavimət göstərmədi. Həmin vaxt onu xilas etməyiblərsə, indi də etməyəcəklər. Gələcəkdə - məhkəmə olduqdan sonra hansısa üçüncü ölkəyə də təhvil verilə bilər. İstintaq bitməyənə qədər isə onlar heç kimə təhvil verilməyəcək", - deyə, A.İsazadə bildirib.
“AzPolitika.info”


Şərhlər
Vardanyanın da, Elzanın diliylə desəm,ağzını tikim,Putinn də,Paşinyanın da. A balam,bunlardan başqa problemlərimiz yoxdurmu bizim?