Azərbaycan Respublikası Mərkəzi Bankın İdarə Heyətinin tərkibi yenidən müəyyən olunacaq.
Bu barədə məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sabah keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Belə ki, iclasda Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi haqqında məsələ müzakirə ediləcək.
Qeyd edək ki, hazırda Mərkəzi Bankı İdarə Heyətinin tərkibi üç nəfərdən ibarədir. Taleh Kazımov Azərbaycan Respublikası Mərkəzi Bankının sədri, Rəşad Orucov sədrin birinci müavini, Əliyar Məmmədyarov isə sədrin müavinidir.


Şərhlər
Hər pup bir zaman sonra yeyib içib tırtıla dönür,hər tırtıl da yeyib içib kəpənəyə.Ona görə də vaxtaşırı tırtıla dönən pupların yerinə yeni puplar,kəpənəyə dönən tırtılların yerinə də yeni tırtıllar gəlməlidir.Hər pup sabahın tırtılı,hər tırtıl da o birisigünün qanadlanmış kəpənəyidir.Pis odur ki bizdə tırtıllar kəpənəyə dönən kimi qışa yığdığı azuqəni-irizqını çemodanlarına toplayıb uçub gedir xaricə sərhədlər bağlı olsa da.Oralardan da mesaj yazır ki,daha gəlməyəcəyəm.