Menu

“Yəhudi xalqına böyük rəğbətim var...” – Maarifçi-alim İsrail Prezidentinin Bakıya gəlmək qərarını təqdir etdi

31.10.2024, 21:52
“Yəhudi xalqına böyük rəğbətim var...” – Maarifçi-alim İsrail Prezidentinin Bakıya gəlmək qərarını təqdir etdi

“İsrail Prezidenti İsaak Hersoq Bakıda keçiriləcək BMT-nin COP29 iqlim konfransında ölkəsini təmsil edəcəyini açıqlayıb. Gözəl xəbərdir. Kimin necə düşünməsindən asılı olmayaraq mənim Bəşəriyyətə 200-dən çox Nobel mükafatı laureatı, 100-lərlə böyük riyaziyyatçı və bəstəkar vermiş yəhudu xalqına böyük rəğbətim var”.

“AzPolitika” xəbər verir ki, bunları maarifçi-alim, sabiq deputat Etibar Əliyev feysbukda yazıb.

O, daha sonra qeyd edib ki, tamamlamaq üzrə olduğu "Nobel mükafatı laureatları" kitabının 2-ci cildi elm üzrə Nobelə layiq görülmüş alimlərin təhsili, həyatı, elmi kəşflərinə aiddir. “Bu xalqın kitabxanaya, təhsilə və elmə münasibəti insanı riqqətə gətirir. Sirləri öyrəndikcə vahid bir qanunauyğunluğun mövcudluğunu dərk edirsən.

P.S. Qonşu İrandan cəmi bir nəfər - Şirin Abadi Sülh üzrə Nobel mükafatına layiq görülüb. Onu da ölkədən qovublar...”, - E.Əliyev yazır.

“AzPolitika.info”

Şərhlər

B.Qarabağlı 2024-11-01 15:28:39

Hələ SSRİnı buraxmazdan bəziləri Kremli 50 il qardaşcasına yaşadıqları respublikalara *qarşı qoyduq*ları kimi, daha illər öncə ABŞ mafiozlları da tək dövləti deyil, İsrail-Yəhudi xalqını da özlərinin *Yaxın Şərq Hərbi İnstrumenti*nə çeviriblər, cənab .. -FİLOİSOF

dadaşyev 2024-11-01 13:41:49

Davamı; islam xalqlarından konkret olaraq bizə gəlincə isə hansı alimin əsərinə qiymət vermək məsələsi bizdə çox daha bərbaddır.Çünki bizdə üç əsas kriteriya var alimi mükafatlandırmaq üçün.Birincisi və ən əsası odur ki alim hansı tayfadandı.İkincisi odur ki,əgər üstün tayfadan deyilsə heç olmasa qaçıbmı qaçmayıbmı perestroyka illərində.Üçüncüsü də odur ki,əgər nə üstün tayfadandırsa,nə də qaçmayıbsa,heç olmasa YAP-çıdırmı?Vəssalam.Əsərin necəliyi kimsənin umrunda olmaz.Alim bədbəxt bu üç kriteriyadan heç olmasa bircəciyinə uyğun gəlirsə, əsəri yüksəklərə qaldırılacaq son dərəcə bərbad olsa da.Vay o günə ki,yazıçımız Mirzə müəllim kimi nə üstün tayfadan olsun,nə qaçqın olsun,nə də YAP-çı,onda ölən günüdü.Planetlərarası mükafata layiq bir əsər yaratmış olsa da,Vahid demiş,verərik ona hörmət yalnız o öləndən sonra.Heykəli önünə əklil qoyarıq,molla da gələr “Bismillah” deyib deyər ki de başlayın aş yeməyə.Millət də televiziyada baxıb rahatlanar ki gör nə yaxşı yad edirik alimimizi.A balam,sizin yediyiniz aşdan,dolmadan ölüyə nə?Sağlığında halına yanıb o tıxışdırdığınız aşı onun özünə verəydiniz də yesin ki,bir az da sağ qalıb yeni əsər yazsın.Əcəba Nyuton azərbaycanlı olub cazibə qanununu bu günümüzdə bizdə tapmış olsaydı bu üç kriteriyadan heç birisinə uyğun gəlmədiyi üçün elmdən uzaqlaşıb taksi şoferi olacaqdımı?

Kòhne 2024-11-01 06:10:17

SEN YƏQIN MŪSELMAN DEYILSEN.........

dadaşyev 2024-11-01 00:55:37

İkinci Dünya Müharibəsi bitəndə viran olmuş Almaniyadan sovet hərbçiləri hərbi qənimətlər gətirməklə məşğul oldular,hətta Jukov qiymətli mebellərə qədər vaqonlara yükləyib özü üçün gətirmişdi deyə Beriya Stalindən onun həbsini istəmişdi,lakin Stalin razı olmamışdı,demişdi "Biz onunla müharibəni yaşamışıq".Amerikanlar isə Almaniyanın elmi idarələrinin,universitetlərinin arxivlərindən almanların yarımçıq qalmış elmi işlərini oğurlamışdılar.O cümlədən də gələcək reaktiv mühərriklərin,atom bombasının proyektlərini.Atom bombası deyiləcək əcaib silah haqqında Hitler hələ 1943-cü ildə dünyaya car çəkmişdi,demişdi tezliklə Almaniya elə qırğın silahına sahib olacaq ki,önündə daha heç bir qüvvə dayanammayacaq.Almanlardan elmi işlərin oğurlanmasının nəticəsində müharibədən dərhal sonra ABŞ-da ardarda Nobel mükafatı laureatları meydana çıxmağa başlayır,eləcə də atom bombası,reaktiv mühərriklər filan icad olunur.Əgər söhbət o dövrdə ABŞ-dan çıxan Nobel mükafatı laureatlarından gedirsə o elmi işlərin əsl sahibləri Üçüncü Reyxin alman alimləridirmi əcəba?İslam ölkələrindən elm adamlarının çıxmaması isə ondandır ki,bu ölkələrdə məmurlar elm adamlarına qənimdirlər.Təkcə bir misal çəkim,keçən aylarda bir dəfə demişdim:çoxlarının tanımadığı tarixçi alimimiz Mirzə Hacıyev ilk dəfə faktlarla sübut etdi ki Koroğlu Çingizxanın sərkərdəsi Subuday bahadır olub,Krişna Musa peyğəmbırin təhrif obrazıdır və “Karaşın” sözündəndir,Prometey İbrahim peyğəmbərdir,Nəsimi əsla ateist yox fövqəlkamil dindar olub və sair və ilaxır,hərəsinə də ayrıca kitab yazıb adam.Amma nə qiymət qoyduq ona,kim dəyər verdi əsərlərinə?Əgər o,yəhudi və ya ingilis,fransız olsaydı elə bir tək Koroğlunun kim olduğuna tarixdə ilk dəfə açıqlıq gətirdiyi əsərinə görə ona Nobel mükafatı verərdilər vallah.Məsələ də bundadır:o xalqlar böyükdürlər ki,öz alimlərinə,öz yaradıcı insanlarına dəyər verirlər.Bizim isə başımız ancaq alverə,obyekt-villa-şadlıq sarayı sahibi olmağa qarışıb,əsl alimlərimiz isə izsiz-soraqsız yox olub gedirlər.

Vahid 2024-10-31 23:43:01

Rasim doğru deyir.İsrail dövleti bölgede terror esdirir.Bütün bölgeni tehlükeye atır.

Rasim 2024-10-31 22:01:03

Mənim də yəhudi xalqına böyük hörmətim var, onlardan peyğəmbərlər, alimlər çıxıb. Amma İsraillə yəhudi xalqını eyniləşdirmək çox böyük səhvdir. İsrailin törətdiyi qətliama elə ən çox qarşı çıxan da yəhudilərdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol