Menu

Rusiyada neft bazası vurulub – Ərazidə yanğın başlayıb + VİDEO

01.11.2024, 12:02
Rusiyada neft bazası vurulub – Ərazidə yanğın başlayıb + VİDEO

Rusiyanın Svetloqrad şəhərində yerləşən neft bazasına dron hücumu olub.

“AzPolitika” xəbər verir ki, bu barədə şəhərin qubernatoru Vladimir Vladimirov “Telegram” kanalından məlumat yayıb.

İnsidentin cümə günü, noyabrın 1-nə keçən gecə baş verdiyini deyən qubernatorun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

“Baza” “Telegram” kanalı neft bazasına hücum anını əks etdirən video yayımlayıb. Paylaşılan videoda dron zərbəsindən sonra ərazidə partlayış baş verdiyi, ardınca da yanğın başladığı görünür.

Sözügedən videonu təqdim edirik:

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol