Menu

UNEC nəzdində Sosial İqtisadi Kollecin tələbəsi qızıl medal qazanıb - Bəhreyndə keçirilən Gimnaziadada

01.11.2024, 17:42
UNEC nəzdində Sosial İqtisadi Kollecin tələbəsi qızıl medal qazanıb - Bəhreyndə keçirilən Gimnaziadada

UNEC nəzdində Sosial İqtisadi Kollecin tələbəsi Nurcan Rüstəmli, Bəhreynin paytaxtı Manama şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında böyük uğura imza ataraq, qızıl medal qazanıb.

O, yeniyetmələr arasında keçirilən paraüzgüçülük yarışında rəqiblərini geridə qoyaraq, Azərbaycanın bayrağını yüksəklərə qaldırıb. Nurcan Rüstəmli bu uğura öz əzmi, gərgin zəhməti və uzunmüddətli məşqləri nəticəsində nail olub.

İdmanla yanaşı, Nurcan dərslərində də yüksək nəticələr əldə edərək, öz sahəsi üzrə peşəkar mütəxəssis olmağı hədəfləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol