"Donald Tramp ABŞ prezidenti seçilərsə, səlahiyyət müddəti ərzində Ukraynanın Rusiya Federasiyasına qarşı müharibədə məğlub olmasına imkan verməyəcək".
"AzPolitika" xəbər verir ki, bunu ABŞ-nin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Volker Kiyev Təhlükəsizlik Forumunda çıxış edərkən deyib.
Siyasətçi qeyd edib ki, prezidentliyə namizəd Donald Tramp Rusiya ilə müharibədə Ukraynanın məğlubiyyətinə ona görə razı olmayacaq ki, o, sadəcə olaraq məsuliyyət daşımaq istəmir.
Eyni zamanda, Volker qeyd edib ki, Trampın komandası hazırda iki yerə bölünüb - Ukraynanı dəstəkləyənlər və buna qarşı olanlar.
O əlavə edib ki, Kamala Harris qalib gəlsə, ABŞ-nin hazırkı Prezidenti Co Baydenin Ukraynaya qarşı siyasəti davam etdiriləcək.
"AzPolitika.info"


Şərhlər
Halva çörək ya ondadır ya bunda.