ABŞ-də 5 noyabrda baş tutacaq prezident seçkiləri ilə bağlı keçirilən sorğuların ümumi nəticələri açıqlanıb.
"AzPolitika" xəbər verir ki, "Real Clear Politics" nəşrinin məlumatıına görə, sorğuda Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp democrat rəqibi Kamala Harrisi cüzi fərqlə qabaqlayıb.
Belə ki, keçirilən 17 sorğuda Trampın ortlama səs nisbəti 48,4 faiz, Harrisin isə 48,1 faiz olub.
Oktyabrın ortalarına qədər ümummilli sorğularda az fərqlə irəlidə olan Harrisin son iki həftədə çox az fərqlə Trampdan geri qalması diqqət çəksə də, ekspertlər iki namizədin başa-baş bir yarış içərisində olacaqlarını vurğulayırlar.
Digər tərəfdən, Trampın prezident seçkilərinin nəticələrinin taleyini müəyyən edəcək 7 ştatdan 5-də cüzi fərqlə, Harrisin isə Miçiqan və Viskonsin ştatlarında kiçik fərqlə öndə olduğu qeyd edilir.
Sözügedən sorğulara görə, Tramp Arizonada 2,3, Nevadada 0,9, Corciyada 2,6, Şimali Karolinada 1,5, Pensilvaniyada 0,5 xalla rəqibini qabaqlayır. Digər tərəfdən, Harris Miçiqanda 0,8, Viskonsin ştatında isə 0,3 xal fərqi ilə Trampdan öndədir.
"AzPolitika.info"


Şərhlər