Menu

Paytaxtda güclü duman müşahidə olunur - FOTO

03.11.2024, 09:03
Paytaxtda güclü duman müşahidə olunur - FOTO

Bakıda güclü duman müşahidə olunur.

“Report” xəbər verir ki, dumanla əlaqədar paytaxtın bəzi yollarında görmə məsafəsi 70-80 metrdir.

Güclü duman səbəbindən xüsusən Sabunçu, Suraxanı, Xətai rayonlarının bir sıra ərazilərində, eləcə də avtomobil yollarında nəqliyyatın hərəkəti çətinləşib. Belə ki, bəzi yollarda sürücülər görmə məsafəsinin azalması ilə əlaqədar sürət həddini azaltmağa məcbur olublar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol