Menu

Bakıda məşhur restoranın qarşısında kütləvi dava - VİDEO

04.11.2024, 09:15
Bakıda məşhur restoranın qarşısında kütləvi dava - VİDEO

Gecə saatlarında Bakının Xətai rayonu ərazisində yerləşən "Təbrik" restoranında toydan sonra kütləvi dava düşüb.

Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə toy iştirakçılarının bir-biri ilə əlbəyaxa olduğu öz əksini tapıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, hadisə ilə bağlı ərazi üzrə polis şöbəsində araşdırma başladılıb, hadisə iştirakçıları müəyyən olunaraq izahatları alınıb.

Faktla bağlı araşdırma davam etdirilir.

Şərhlər

dadaşyev 2024-11-04 21:08:24

Yeyib içəndən sonra dava salmaq Məşdibaddan qalan eşşəklikdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol