Menu

TDT-nin qeyri-rəsmi sammiti 2025-ci ildə Budapeştdə keçirilə bilər

05.11.2024, 18:45
TDT-nin qeyri-rəsmi sammiti 2025-ci ildə Budapeştdə keçirilə bilər

Qırğızıstan Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi sammitinin 2025-ci ildə Budapeştdə keçirilməsini dəstəkləyir.

“Report” Qırğızıstan KİV-inə istinadən xəbər verir ki, bunu Prezident Sadır Japarov Macarıstanın Baş naziri Viktor Orbanla görüşü zamanı bildirib.

"Biz artıq sizin təşəbbüsünüzü dəstəkləmişik və çox şadıq ki, qeyri-rəsmi Budapeşt sammiti TDT-yə sədrliymiz çərçivəsində keçiriləcək. Öz növbəmizdə, sədrlik edən tərəf kimi bu sammitin uğurla keçirilməsi üçün əlimizdən gələni etməyə hazırıq", - S.Japarov qeyd edib.

V.Orban noyabrın 5-6-da Qırğızıstanda rəsmi səfərdədir. O, həmçinin Bişkekdə TDT-nin sammitində iştirak edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol