Menu

Güclü külək Şəkidə fəsadlar törədib

05.11.2024, 21:37
Güclü külək Şəkidə fəsadlar törədib

Güclü külək Şəkidə fəsadlar törədib. "Report"un Şimal-qərb bürosunun məlumatına görə, rayon ərazisində bu gün axşamdan başlayan küləkli hava şəraiti səbəbindən şəhərin mərkəzində ağac aşıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Güclü külək, həmçinin şəhərin mərkəzində yerləşən yaşayış evinin damını yararsız hala salıb. Aidiyyəti qrumların əməkdaşları hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.

Küləkli hava şəraiti davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol