Menu

Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir - FOTOLAR

06.11.2024, 09:36
Bişkekdə TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir - FOTOLAR

Bişkekdə Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 11-ci iclası keçirilir.

Bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi öz “X” hesabında paylaşıb.

İclasda Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, eləcə də onun Türkiyə, Qırğızıstan, Qazaxıstan, Özbəkistan və Macarıstandan olan həmkarları iştirak edirlər.

Görüş TDT sammitinə hazırlıq çərçivəsində keçirilir və “Türk dünyasının gücləndirilməsi: iqtisadi inteqrasiya, davamlı inkişaf, rəqəmsal gələcək və hamı üçün təhlükəsizlik” mövzusuna həsr olunub.

Qeyd edək ki, Qırğız Respublikasında Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə görüşü baş tutacaq.


Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol