Menu

“Putin Trampı təbrik etməyib” - Kreml təkzib edir

07.11.2024, 14:09
“Putin Trampı təbrik etməyib” - Kreml təkzib edir

Ötən gün Vladimir Putinin və Rusiya siyasi elitasına aid bir neçə nəfərin gizli kanallarla Donald Trampı prezident seçilməsilə bağlı təbrik etdiyinə dair məlumatlar yayılmışdı. 

“AzPolitika” xəbər verir ki, “Verstka” nəşrinin yaydığı bu xəbəri Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov təkzib edib. O, bunu “etibarsız məlumat” adlandırıb.

“Verstka” yazmışdı ki, Trampı Xarici İşlər naziri Sergey Lavrov, Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedev, “Sberbank”-ın rəhbəri German Qref, Dövlət Dumasının və Federasiya Şurasının spikerləri Vyaçeslav Volodin və Valentina Matvienko təbrik edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol