Menu

UEFA Avropa Liqası: "Qarabağ" ilk qələbəsini qazanıb - VİDEO

07.11.2024, 23:51
UEFA Avropa Liqası: "Qarabağ" ilk qələbəsini qazanıb - VİDEO

“Qarabağ” UEFA Avropa Liqasının Liqa mərhələsində ilk qələbəsini qazanıb.

"Report" xəbər verir ki, Ağdam təmsilçisi IV tura təsadüf edən oyunda Norveçin "Budyo Qlimt" kollektivini 2:1 hesabı ilə üstələyib.

Bude şəhərindəki "Aspmira" stadionunda baş tutan görüşdə hesabı təmsilçimiz açıb. 23-cü dəqiqədə Toral Bayramov baxımlı zərbə ilə diqqət mərkəzinə düşüb. Bununla belə, meydan sahibləri fasiləyə qədər “status-kvo”nu bərpa edib. 41-ci dəqiqədə Patrik Berq bərabərlik qolunun müəllifi olub. “Köhlən atlar”ın qalibiyyət qoluna isə Abdullah Zubir imza atıb. 59-cu dəqiqədə rəqib torunu silkələyən futbolçu “Qarabağ”a cari mövsüm avroliqada ilk qələbəsini qazandırıb.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiiyi kollektiv Avropa Liqasında növbəti oyununu noyabrın 28-də Fransa təmsilçisi “Lion”a qarşı keçirəcək.

Şərhlər

B.Qarabağlı 2024-11-08 10:55:22

Son yarım əsrdir Dünya-şüurlu insan aləmi davamlı Hippon (yapon) xalqının sonsuz səmərəli mikro-elektronika icadlarından faydalanır. Əsas problem sonsuz mürəkkəb dəyişən səpgidə mükəmməl paylanmada ən optimal-qısa istiqaməti seçib, daha dəqiq-ehtiyatlı trayektoriyanı seçəsən? Junino kimi Zoubir, Bayramov və digərlərinin də gözlənilmədən oxşar mövqelərə dəfələrlə çıxmasına nail olmaq gərək?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol