Menu

“ABŞ Zelenskini devirmək istəyir” - Rusiya kəşfiyyatı

11.11.2024, 12:12
“ABŞ Zelenskini devirmək istəyir” - Rusiya kəşfiyyatı

ABŞ Dövlət Departamentinin rəhbərliyi Ukrayna Prezidenti Volodimir Zelenskini devirmək üçün Ukraynada seçkilərin keçirilməsi üzərində işləyir.

“AzPolitika” xəbər verir ki, bu barədə TASS-a Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) mətbuat bürosundan daxil olan məlumatda deyilir.

Məlumatda bildirilir: “Xarici Kəşfiyyat Xidmətinə daxil olan məlumata görə, ABŞ Dövlət Departamentinin rəhbərliyi zərurət yaranarsa, Ukraynanın hazırkı rəhbərliyinin dəyişdirilməsi variantlarını araşdırmaqda davam edir. Vaşinqton “həddindən artıq təkəbbürlü” Vladimir Zelenskini aradan qaldırmağın “qanuni” yollarından biri kimi Rusiya ilə davam edən hərbi əməliyyatlar şəraitində gələn il prezident və parlament seçkilərinin keçirilməsini nəzərdən keçirir”.

Xarici Kəşfiyyat Xidmətinin məlumatına görə, Ukraynada keçiriləcək seçkilərə namizədlərin irəli sürülməsi ABŞ administrasiyası tərəfindən hazırlanaraq və Dövlət Departamenti ilə razılaşdırılaraq həyata keçiriləcək.

“AzPolitika.info”

Şərhlər

Kolxozdar 2024-11-11 12:22:41

ABŞ və oxşar İqtisadi-əsaslı Dövlətlər maddi varlığın qədrini bilir və yalnız qazanmağa çalışırlar. Avropanı faşizm düşərgəsindən azad etmiş SSRİ kimi respublika-dövlətlərinin bəziləri hələ də zəkada Şüar, istənilən istiqamətə, alyansa yönəlməkdə, xərclənməkdədirlər?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol